“Mən güclüyəm, dəyərliyəm, qadınam" layihəsi çərçivəsində ilk təlim keçirilib
Yanvarın 19-da Azərbaycan Respublikasının Gənclər Fondunun elan etdiyi "İdeyanı Reallaşdır 2022" fərdi qrant müsabiqəsində qaliblərdən biri olan ictimai fəal gənc Pəri İbrahimovanın icra etdiyi “Mən güclüyəm, dəyərliyəm, qadınam" layihəsi çərçivəsində ilk təlim keçirilib. Layihənin həyata keçirilməsində məqsəd məişət zorakılığı ilə bağlı məsələlərdə maarifləndirməni, hüquqi bilikləri və xanımlarda özünə güvəni yüksətməkdir.
Təlim zamanı təlimçi Vəfa Rüstəm layihə üçün seçilmiş 20 gənc xanıma "Gender bərabərliyi" mövzusunda məlumatlar, əsasən ilkin anlayışları ötürüb, iştirakçı qızların gündəlik, şəxsi həyatlarında, o cümlədən peşə seçimlərində qarşılaşdıqları gender problemlərini müzakirə edib.
Sonda iştirakçıları maraqlandıran suallar cavablandırılıb, qaranlıq qalan məqamlar müzakirə olunub.
Facebook-da paylaş