• Təqvim

  • Maraq



Gənclər tərəfindən korrupsiyaya qarşı mübarizə tədbirləri çərçivəsində vətəndaşlara maarifləndirici buklet paylanılıb


Ölkə Prezidenti İlham Əliyevin 4 aprel 2022-ci il tarixli 3199 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Korrupsiyaya qarşı mübarizənin gücləndirilməsinə dair 2022─2026-cı illər üçün Milli Fəaliyyət Planı” ölkəmizdə korrupsiyaya qarşı mübarizə tədbirlərinin gücləndirilməsində mühüm əhəmiyyət kəsb edir. 

Bu çoxşaxəli Milli Fəaliyyət Planı fərqli fəaliyyət istiqamətləri olan müxtəlif qurumların korrupsiyaya qarşı mübarizə səylərini birləşdirməyə xidmət edir, eləcə də korrupsiyaya qarşı mübarizənin bütün dövlət strukturları və vətəndaş cəmiyyəti institutları ilə birgə sistemli və əlaqəli şəkildə gerçəkləşdirilməsinə imkan yaradır. 

Dekabrın 22-də Qazax Rayon Gənclər və İdman İdarəsi tərəfindən “Korrupsiyaya qarşı mübarizənin gücləndirilməsinə dair 2022─2026-cı illər üçün Milli Fəaliyyət Planı” üzrə hazırlanmış Tədbirlər Planının 6.9. bəndinin icrası məqsədilə şəhər ərazisində könüllülərdən ibarət 4 qrupun iştirakı ilə 70 ədəd maarifləndirici buklet paylanılıb.



Facebook-da paylaş