“Yol təhlükəsizliyi, yol hərəkəti qaydalarını öyrənirik” başlığı altında maarifləndirici tədbir keçirilib
Dekabrın 21-də Qazax Rayon Gənclər və İdman İdarəsi və Qazax-Tovuz Regional Təhsil İdarəsinin Qazax Rayonu üzrə Təhsil Sektorunun birgə təşkilatçılığı ilə “Yol təhlükəsizliyi, yol hərəkəti qaydalarını öyrənirik” başlığı altında maarifləndirici tədbir keçirilib.
Qazax şəhər Səməd Vurğun adına 2 nömrəli tam orta məktəbin akt zalında keçirilən tədbirdə ümumilikdə 52 nəfər iştirak edib.
Qazax Rayon Gənclər və İdman İdarəsinin rəis müavini Sahib Namazov tədbiri giriş sözü ilə açaraq iştirakçıları salamlayıb, tədbirin keçirilməsində əsas məqsədin təhlükəsiz davranış qaydalarını öyrənmək, yol hərəkəti qaydaları barədə bilik səviyyəsini və ona əməl etmək bacarıqlarını artırmaq olduğunu bildirib.
Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin Qazax Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi Bölməsinin təbliğat və təşviqat üzrə inspektoru, polis leytenantı Babək Həsənov mövzu ilə bağlı geniş çıxış edərək yol hərəkəti qaydalarını kiçik yaşlarından öyrənməyin və buna əməl olunmasının vacibliyini vurğulayıb. Yol hərəkət nişanlarının, işıqforun, piyada keçidlərinin həyatımızdakı önəmindən söz açaraq onlara düzgün əməl olunması haqqında məlumat verib.
Daha sonra yol hərəkəti qaydaları işıqforun altında, piyada keçidində şagirdlərə əyani şəkildə izah olunub.
Facebook-da paylaş