• Təqvim

  • Maraq



"Vətənpərvərlik" klubunda "Əziz Şuşa, sən azadsan!" başlığı altında uşaqlarla görüş keçirilib


Noyabrın 8-də "Qazax Gənclər evi" sosial xidmət müəssisəsində fəaliyyət göstərən "Vətənpərvərlik" klubunda "Əziz Şuşa, sən azadsan!" başlığı altında uşaqlarla görüş keçirilib. 

Görüş zamanı 28 il düşmən tapdağında olan tarixi və gözəl Şuşa şəhərinin 2020-ci ilin 8 noyabrında ordumuzun rəşadəti sayəsində öz azadlığına qovuşduğu bildirilib. Artıq Şuşada üçrəngli Azərbaycan Bayrağının dalğalandığı qeyd olunub. İşğal müddətində mənfur düşmənin şəhərin həm gözəlliyinə, həm də tarixiliyinə həddindən artıq zərər vurduğu diqqətə çatdırılıb. Hazırda Prezident İlham Əliyevin rəhbərliyi altında Şuşanın dünyanın ən gözəl şəhərlərindən birinə çevrilməsindən, burada aparılan genişmiqyaslı quruculuq işlərindən söhbət açılıb.  

Şuşaya həsr olunmuş şeirlər səslənib. 



Facebook-da paylaş