• Təqvim

  • Maraq



8 Noyabr - Zəfər Gününə həsr olunmuş məktəblilər arasında komandalardan ibarət intellektual yarış keçirilib


Noyabrın 3-də "Qazax Gənclər evi" sosial xidmət müəssisəsi və Qazax şəhər Qaratel Hacımahmudova adına ümumi orta məktəbin birgə təşkilatçılığı ilə 8 Noyabr - Zəfər Gününə həsr olunmuş adı çəkilən məktəbin şagirdləri arasında komandalardan ibarət intellektual yarış keçirilib.

Yarışı Qazax Gənclər Evinin dərnək rəhbəri Aytən Vəlizadə açaraq şagirdləri salamlayıb, yarışın qaydaları, şərtləri barədə ətraflı məlumat verib.

Komandalar arasında olduqca maraqlı keçən intellektual yarışda qalib gəlmiş komandanın üzvlərinə kubok, hədiyyə və diplom, II və III yerə çıxmış komandaların üzvlərinə diplom, digər komandaların üzvlərinə isə sertifikat təqdim edilib.

Yarışda 10 komanda olmaqla 40 nəfər şagird  mübarizə aparıb.

“Xarıbülbül” komandasının üzvləri İbrahimli Çinarə Tural qızı, Kərimli Nuray Pərviz qızı, Mahmudova Xumar Rüfət qızı, Qocayev Murad Teymur oğlu l yerə layiq görülüblər. “Zəfər” komandasının üzvləri Qasımova Fidan Sahib qızı, Nəbili Nuray Sahib qızı, Məmmədova Aygün Elman qızı, Alırza Nur Orxan qızı II yerin qalibi olublar. 

“Şuşa” komandasının üzvləri İsmayılov Mədət Rasim oğlu, Həsənli Dilarə Azər qızı, Musayeva Aysu Ramin qızı, Osmanova Gülnur İlqar qızı III yeri tutublar.

GOYEZEN.AZ



Facebook-da paylaş