• Təqvim

  • Maraq



Qazax şəhər Namiq Vəliyev adına 5 nömrəli tam orta məktəbdə Vətən müharibəsinin ikinci ildönümünə həsr olunmuş intellektual yarış keçirilib


Oktyabrın 20-də "Qazax Gənclər evi" sosial xidmət müəssisəsinin təşkilatçılığı ilə 44 günlük Vətən müharibəsinin ikinci ildönümünə həsr olunmuş Qazax şəhər Namiq Vəliyev adına 5 nömrəli tam orta məktəbin şagirdləri arasında komandalardan ibarət intellektual yarış keçirilib.

Yarışı Qazax Gənclər Evinin dərnək rəhbəri Aytən Vəlizadə açaraq şagirdləri salamlayıb, yarışın qaydaları, şərtləri barədə şagirdlərə ətraflı məlumat verib.

Komandalar arasında olduqca maraqlı keçən intellektual yarışda qalib gəlmiş komandanın üzvlərinə kubok, hədiyyə və diplom, II,III yerə çıxmış komandaların hər bir üzvünə diplom, digər komandaların hər bir üzvünə isə sertifikat təqdim edilib.

Yarışda 9 komanda olmaqla 36 nəfər şagird mübarizə aparıb.

“Polad” komandasının üzvləri Qəhrəmanova Gözəl Anar qızı, Süleymanlı Sənan Həsən oğlu, Vəlizadə Tusi Qoşqar oğlu, Məmmədov Raul Rauf oğlu l yerə layiq görülüblər. “Tarixçilər” komandasının üzvləri Abdullazadə Uğur Tural oğlu, Mirzəli Uğur Elməddin oğlu, Xəlilova Zəhra Fərhad qızı, Kosayev Sami Əfqan oğlu yarışın ikincisi olublar. “Şuşa” komandasının üzvləri Osmanlı Yağmur Ceyhun qızı, Binnətli Nuray Pənah qızı, Osmanlı Nahid Murad oğlu, Məmmədov Kamran Vüqar oğlu III yeri tutublar.

GOYEZEN.AZ



Facebook-da paylaş