• Təqvim

  • Maraq



“Əsas həyat bacarıqları” layihəsi çərçivəsində keçirilən təlimlər başa çatıb


Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı və “Öyrədərək Öyrənirik” Gənclərin İntellektual İnkişafına Dəstək İctimai Birliyinin təşkilatçılığı ilə icra olunan “Əsas həyat bacarıqları” (Basic Life Skills) layihəsi çərçivəsində təlimlər başa çatıb.

20 sentyabr tarixindən start verilən təlimlər (16 mövzu) 10 gün ərzində davam edib və 21 oktyabr tarixində yekunlaşıb. 


Bu müddət ərzində Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyi, Azərbaycan Gənclər Fondu və UNICEF tərəfindən təşkil TOT təlimlərinin iştirakçısı, fasilitator Elmar Rzalı tərəfindən iştirakçılara “Stresin idarə olunması”, "Emosional tənzimləmə”, “Müsbət düşünmə”, “Özünü qiymətləndirmə”, “Empatiya”, “Dinləmə bacarıqları”, “Şəxslərarası effektivlik”, “Mübahisələri həlletmə”, “Münasibətlərin idarə olunması”, “İnamlı ünsiyyət”, “Məqsədi müəyyənləşdirmə”, “Qərar qəbuletmə”, “Problem həlletmə”,  “Tənqidi və kreativ düşünmə”, “İcraetmə bacarıqları” və “Davamlılıq” mövzularında “yumşaq bacarıqlar” öyrədilib.

Son təlim günündə iştirakçıların proqramı nə dərəcədə qavradıqlarını müəyyən etmək üçün kiçik imtahan təşkil olunub. İştirakçıların davamiyyəti və imtahan nəticələri nəzərə alınmaqla onlara (20 nəfər iştirakçı) müvəffəqiyyət və iştirakçı sertifikatları təqdim olunub.

Qeyd edək ki, layihədə tərəfdaş qismində Gənclərin İnkişaf və Karyera Mərkəzinin Qazax nümayəndəliyi və “Qazax Gənclər Evi” Sosial Xidmət Müəssisəsi çıxış edib.


GOYEZEN.AZ



Facebook-da paylaş