• Təqvim

  • Maraq



18 Oktyabr - Müstəqilliyin Bərpası Gününə həsr olunmuş "Müstəqilliyimizin bərpası, bütöv Azərbaycan" adlı dəyirmi masa keçirilib


Oktyabrın 17-də "Qazax Gənclər evi" sosial xidmət müəssisəsinin təşkilatçılığı ilə 18 Oktyabr - Müstəqilliyin Bərpası Gününə həsr olunmuş "Müstəqilliyimizin bərpası, bütöv Azərbaycan" adlı dəyirmi masa keçirilib. 

Tədbiri giriş sözü ilə Qazax Gənclər Evinin direktor əvəzi Eynur Məmmərzəyev açaraq iştirakçıları salamlayıb, tədbirin məqsəd və əhəmiyyətindən danışıb.


Müəssisənin fəal könüllüsü Aytac Cəfərova çıxış edərək qeyd edib ki, XX əsrin sonunda yaranmış tarixi şərait Azərbaycana öz dövlət müstəqilliyini bərpa etmək imkanı verdi. Azərbaycanın dövlət müstəqilliyi haqqında Konstitusiya Aktının qəbul edilməsindən artıq 31 il ötür. Azərbaycanı müstəqilliyə aparan yolda qəbul olunan ilk rəsmi sənəd 1991-ci il avqustun 30-na təsadüf edir. Həmin gün Azərbaycan Respublikası Ali Sovetinin xalqın tələbi ilə çağırılmış növbədənkənar sessiyasında “Azərbaycan Respublikasının Dövlət müstəqilliyini bərpa etmək haqqında” bəyannamə qəbul olunmuşdur.

Fəal könüllülərdən Fidan Nəsibova çıxış edərək qeyd edib ki, 15 oktyabr 2021-ci il tarixli Müstəqillik Günü haqqında Azərbaycan Respublikasının Qanununa əsasən 28 May - Respublika Gününün adı dəyişdirilərək Müstəqillik Günü, 18 Oktyabr - Dövlət Müstəqilliyi Gününün adı dəyişdirilərək Müstəqilliyin Bərpası Günü elan edilmişdir. 28 may tarixinin Müstəqillik Günü, 18 oktyabr tarixinin isə Müstəqilliyin Bərpası Günü kimi təsbit olunması Azərbaycanın dövlət suverenliyinin məhz 1918-ci ildə bərqərar olunması faktına əsaslanır. Bu, ərazi bütövlüyünü bərpa etmiş müasir Azərbaycanın 1918-ci ildə qurulmuş Azərbaycan Xalq Cümhuriyyətinin tamhüquqlu varisi olduğunu göstərir. 

Sonda 18 Oktyabr - Müstəqilliyimizin Bərpası Günü ilə bağlı qısa videoçarx nümayiş etdirilib.

GOYEZEN.AZ



Facebook-da paylaş