"Art Mən" proqramı davam edir
Gənclərin İnkişaf və Karyera Mərkəzinin Qazax nümayəndəliyinin təşkilatçılığı ilə "Art Mən" proqramı davam edir.
Proqram çərçivəsində budəfəki ustad dərsi gənc rəssam Şəfəq Böyükkişiyevanın təqdimatında reallaşıb. Ustad dərsi mandala sənətinə həsr olunub. Gənclərə ilkin olaraq bu sənət barədə məlumat verilib, mandala boyamağın faydalarından bəhs edilib.
Ustad dərsinin praktiki hissəsi isə aşağıdakı başlıqları əhatə edib:
- Mandala naxışlarının çəkilmə qaydası;
- Mandalanın qurulması;
- Rəngləmə texnikaları.
Facebook-da paylaş