Qazaxda 26 İyun - Narkomaniya Əleyhinə Ümumdünya Mübarizə Gününə həsr olunmuş “Ağ ölümə yox deyək!” başlığı altında dəyirmi masa keçirilib
İyunun 21-də Qazax Rayon Gənclər və İdman İdarəsi və Qazax Dövlət Sosial-İqtisadi Kollecinin birgə təşkilatçılığı ilə 26 İyun - Narkomaniya Əleyhinə Ümumdünya Mübarizə Gününə həsr olunmuş "Ağ ölümə yox deyək!” başlığı altında dəyirmi masa keçirilib.
Əvvəlcə gənclərə narkotiklərin yaratdığı fəsadlardan bəhs edən qısametrajlı filim nümayiş etdirilib.
Tədbiri giriş sözü ilə Qazax Rayon Gənclər və İdman İdarəsinin rəisi Vüqar Nəbiyev açaraq iştirakçıları salamlayıb, görüşün məqsəd və əhəmiyyətindən söz açıb. V.Nəbiyev qeyd edib ki, narkotiklərin qanunsuz dövriyyəsi və narkomanlıq bu gün dünyamızı narahat edən problemlərdən biridir. Bu təhlükəli təzahür insan cəmiyyətinin mənəvi və əxlaqi dəyərlərinə zərbə vuran, sosial-iqtisadi inkişafa mənfi təsir göstərən, insanların həyat və sağlamlığına ciddi təhlükə yaradan, cinayətkarlığın artmasına səbəb olan amildir. Azərbaycan dövlətinin möhkəmlənməsi, onun iqtisadi və müdafiə qüdrətinin yüksəldilməsi birinci növbədə gənc nəslin fiziki və mənəvi sağlamlığından, öz vətəninə laiqli vətəndaş kimi yetişməsindən asılıdır. Bunu nəzərə alaraq yeniyetmə və gənclərin kütləvi şəkildə idmanla məşğul olmağa, asudə vaxtlarını səmərəli təşkil etməyə çağırıb.
Qazax Rayon Polis Şöbəsinin əməkdaşı Amil Budaqov, Qazax Rayon Mərkəzi Xəstəxanası Publik Hüquqi Şəxsin Poliklinika Şöbəsinin həkim dermatoveneroloqu Kamil Əhmədov, Qazax Rayon Gənclər və İdman İdarəsinin rəis müavini Sahib Namazov, Qazax Dövlət Sosial-İqtisadi Kollecinin Monitorinq və Qiymətləndirmə şöbəsinin müdiri, Tələbə Gənclər Təşkilatının sədri Elvira Əfəndiyeva, fəal gənc Şəhadət Abbasov çıxış edərək narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarırının qanunsuz dövriyəsi və narkomanlığın yayılması ilə mübarizə sahəsini tənzimləyən normativ hüquqi bazanın təkmilləşdirildiyini, beynəlxalq standartlara uyğunlaşdırılması istiqamətində müvafiq işlər görüldüyünü, ölkəmizin narkotiklərlə mübarizə üzrə beynəlxalq təşəbbüslərində iştirakının daha intensiv xarakter aldığını qeyd ediblər.
Sonda gəncləri maraqlandıran suallar həkim dermatoveneroloq tərəfindən cavablandırılıb.
GOYEZEN.AZ
Facebook-da paylaş