"Qazax Gənclər evi" sosial xidmət müəssisəsində narkomaniya ilə mübarizəyə həsr olunmuş film nümayiş etdirilib
Aprelin 14-də "Qazax Gənclər evi" sosial xidmət müəssisəsi tərəfindən narkomaniya ilə bağlı film nümayiş etdirilib.
Filmdən öncə Qazax Gənclər Evinin metodisti Eynur Məmmərzəyev çıxış edərək tədbir iştirakçılarını salamlayıb, tədbirin məqsəd və əhəmiyyətindən danışıb. Narkomanlığın bu gün dünyanı narahat edən qlobal problemlərdən biri olduğunu, cəmiyyətin mənəvi və əxlaqi dəyərlərinə böyük zərbə vurduğunu, sosial-iqtisadi inkişafa mənfi təsir göstərdiyini, insanların həyat və sağlamlığına ciddi təhlükə yaratdığını qeyd edib. Gəncləri onların parlaq gələcəyini əllərindən alan zərərli vərdişlərdən, xüsusilə də narkotiklərdən uzaq duramağa çağırıb. Narkomaniya ilə mübarizədə birgə addımlar atmağı tövsiyə edib.
GOYEZEN.AZ
Facebook-da paylaş