Qazaxda 15 İyun - Milli Qurtuluş Gününə həsr olunmuş rəsm müsabiqəsi keçirilib
Gənclərin İnkişaf və Karyera Mərkəzinin Qazax
nümayəndəliyi, "Öyrədərək Öyrənirik" Gənclərin İntellektual
İnkişafına Dəstək İctimai Birliyi və Qazax Dövlət Rəsm Qalereyasının birgə
təşkilatçılığı ilə 15 İyun - Milli Qurtuluş Gününə həsr olunmuş rəsm müsabiqəsi
keçirilib. Müsabiqədə gənc rəssamların azərbaycançılıq və
vətənpərvərlik mövzusunda çəkdiyi rəsmlər yarışıb. Münsiflərin
rəyinə əsasən, Ruhin Xasməmmədov I, Eşqin Quluyev II, Aysel Əlvəliyeva isə III
yerə layiq görülüb. Qalib və mükafatçılara diplom, qiymətli hədiyyələr
təqdim olunub.
GOYEZEN.AZ
Facebook-da paylaş