• Təqvim

  • Unutma

  • Maraq



Qazaxda 28 May - Respublika Gününə həsr olunmuş “Müstəqilliyimiz əbədidir” adlı rəsm müsabiqəsi təşkil olunub


Mayın 26-da Gənclərin İnkişaf və Karyera Mərkəzinin Qazax nümayəndəliyi və Qazax Dövlət Rəsm Qalereyasının birgə təşkilatçılığı ilə28 May - Respublika Gününə və Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 103-cü ildönümünə həsr olunmuş "Müstəqilliyimiz əbədidir” adlı rəsm müsabiqəsi təşkil olunub.

Müsabiqədə Qalereyanın 16 tələbəsi iştirak edib. Onlar arasında Nərmin Cəbiyeva I, Ema Carçılı II, Ruhin Xasməmmədov isə III yerə layiq görülüb.

GİKM-in Qazax nümayəndəliyi tərəfindən qalib və mükafatçılara Diplom, qiymətli hədiyyələr təqdim olunub. Müsabiqədə iştirak edən digər gənc rəssamlar isə Təşəkkürnamə ilə təltif olunublar.








 

GOYEZEN.AZ



Facebook-da paylaş