Əsas Səhifə > Gənclər > Qazaxda 15 İyun - Milli Qurtuluş Gününə həsr olunmuş rəsm müsabiqəsi keçirilib

Qazaxda 15 İyun - Milli Qurtuluş Gününə həsr olunmuş rəsm müsabiqəsi keçirilib


13-06-2022, 20:42


Gənclərin İnkişaf və Karyera Mərkəzinin Qazax nümayəndəliyi, "Öyrədərək Öyrənirik" Gənclərin İntellektual İnkişafına Dəstək İctimai Birliyi və Qazax Dövlət Rəsm Qalereyasının birgə təşkilatçılığı ilə 15 İyun - Milli Qurtuluş Gününə həsr olunmuş rəsm müsabiqəsi keçirilib.

Müsabiqədə gənc rəssamların azərbaycançılıq və vətənpərvərlik mövzusunda çəkdiyi rəsmlər yarışıb.

Münsiflərin rəyinə əsasən, Ruhin Xasməmmədov I, Eşqin Quluyev II, Aysel Əlvəliyeva isə III yerə layiq görülüb.

Qalib və mükafatçılara diplom, qiymətli hədiyyələr təqdim olunub.








 

GOYEZEN.AZ


Geri qayıt