• Təqvim

  • Maraq



"Şanlı ZəfərimİZ gənc rəssamların gözü ilə" başlığı altında rəsm müsabiqəsi keçirilib


Gənclərin İnkişaf və Karyera Mərkəzinin Qazax nümayəndəliyi və Ağstafa Regional Mədəniyyət İdarəsi Qazax Dövlət Rəsm Qalereyasının birgə təşkilatçılığı ilə "ZəfərimİZ" layihəsi çərçivəsində "Şanlı ZəfərimİZ gənc rəssamların gözü ilə" başlığı altında rəsm müsabiqəsi keçirilib.

Müsabiqədə Qalereyanın tələbələri iştirak edib. Onlar arasında Eşqin Quluyev I, Ema Carçılı II, Ruhin Xasməmmədov və Anar Bənnayev isə III yerə layiq görülüblər.

GİKM-in Qazax nümayəndəliyi tərəfindən qalib və mükafatçılara diplom, qiymətli hədiyyələr təqdim olunub.


 






 

GOYEZEN.AZ



Facebook-da paylaş