• Təqvim

  • Maraq



1 İyun - Uşaqların Beynəlxalq Müdafiəsi Günü ilə əlaqədar uşaqlar üçün bayram tədbiri keçirilib


"Qazax Gənclər evi" sosial xidmət müəssisəsinin təşkilatçılğı ilə 1 İyun - Uşaqların Beynəlxalq Müdafiəsi Günü ilə əlaqədar uşaqlar üçün bayram tədbiri keçirilib.

Tədbiri Qazax Gənclər Evinin dərnək rəhbəri Yeganə Yusifova açaraq uşaqları salamlayıb, bayram münasibətilə təbrik edərək səmimi ürək sözlərini çatdırıb. Y.Yusifova dünyanın əksər ölkələrində olduğu kimi, 1 İyun - Uşaqların Beynəlxalq Müdafiəsi Gününün Azərbaycanda da qeyd olunduğunu bildirib. Azərbaycanda uşaq məsələlərinə dövlət tərəfindən həmişə diqqət yetirildiyini qeyd edib. Ulu Öndər Heydər Əliyev tərəfindən uşaqlara göstərilmiş yüksək diqqət və qayğının, uşaqlara həssas yanaşma prinsipinin bu gün də ölkə başçısı İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyeva tərəfindən layiqincə davam etdirildiyini diqqətə çatdırıb.

Musiqili-əyləncəli bayram şənliyi uşaqların rəngarəng çıxışı ilə davam etdirilib. Sonda azyaşlı uşaqlara hədiyyələr təqdim olunub.







 

GOYEZEN.AZ



Facebook-da paylaş