"Mərkəzdə dərs saatı" adlı layihəyə start verilib
Gənclərin İnkişaf və Karyera Mərkəzinin Qazax nümayəndəliyi "Mərkəzdə dərs saatı" layihəsinə start verib. Layihənin məqsədi gənclərin çətinlik çəkdikləri mövzular üzrə mərkəzin resurslarından istifadə olunmaqla dərslər təşkil etməkdir.
İlk belə dərsdə Qazax şəhər Səməd Vurğun adına 2 nömrəli tam orta məktəbin kimya müəllimi Nazilə Abbasova gənclər üçün "Oksigen" mövzusunu tədris edib. Mövzu üzrə dərs iştirakçılarının suallarını cavablandırıb.
Dərs aşağıdakı başlıqları əhatə edib:
- oksigenin dövri sistemdə mövqeyi;
- oksigenin təbiətdə yayılması;
- oksigenin laboratoriya və sənayedə alınması;
- oksigenin fiziki və kimyəvi xassələri;
- oksigenin tətbiqi.
GOYEZEN.AZ
Facebook-da paylaş