• Təqvim

  • Unutma

  • Maraq



"Mərkəzə doğru" layihəsinə start verilib


Gənclərin İnkişaf və Karyera Mərkəzinin Qazax nümayəndəliyi "Mərkəzə doğru" layihəsinə start verib. 

Layihə çərçivəsində Qazax şəhər Səməd Vurğun adına 2 nömrəli tam orta məktəbin yuxarı sinif şagirdləri ilə görüş keçirilib. 

Tədbirdə Azərbaycan Respublikasının Gənclər Fondu, eləcə də Gənclərin İnkişaf və Karyera Mərkəzinin fəaliyyəti haqqında təqdimat həyata keçirilib. Həmçinin nümayəndəliyin gördüyü işlər, gənclər üçün təşkil olunan layihə, təlim və klublar barədə ətraflı məlumat verilib.  

Sonda gənclər üçün intellektual viktorina təşkil olunaraq ümumi dünyagörüşünü əks etdirən suallar səsləndirilib. Qaliblərə hədiyyələr təqdim olunub. 





 

GOYEZEN.AZ



Facebook-da paylaş