Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 99-cu ildönümü ilə əlaqədar "Heydər Əliyev və Azərbaycan gəncliyi" adlı tədbir keçirilib
Gənclərin
İnkişaf və Karyera Mərkəzinin Qazax nümayəndəliyi, Qazax Rayon Heydər Əliyev
Mərkəzi və "Öyrədərək Öyrənirik" Gənclərin İntellektual İnkişafına
Dəstək İctimai Birliyinin birgə təşkilatçılığı ilə Ümummilli Lider Heydər
Əliyevin anadan olmasının 99-cu ildönümü ilə əlaqədar "Heydər Əliyev və
Azərbaycan gəncliyi" adlı tədbir keçirilib. Öncə
tədbir iştirakçıları Ulu Öndər Heydər Əliyevin abidəsi önünə gül dəstələri
düzərək xatirəsini ehtiramla yad ediblər.
Qazax Rayon
Heydər Əliyev Mərkəzində keçirilən görüş Ulu Öndərin xatirəsinin bir dəqiqəlik
sükutla yad edilməsi ilə başlayıb. Daha sonra görkəmli dövlət xadiminin həyat
və fəaliyyətini əks etdirən sənədli film nümayiş etdirilib. Tədbirdə
çıxış edən Gənclərin İnkişaf və Karyera Mərkəzinin Qazax nümayəndəliyinin
direktoru İsmayıl Süleymanov və Qazax Rayon Heydər Əliyev Mərkəzinin direktoru
Ceyhunə Hüseynova dahi liderin Azərbaycan xalqı üçün göstərdiyi əvəzedilməz
xidmətlərindən danışıb. Hazırda Azərbaycan Respublikasının Prezidenti,
Ali Baş Komandan cənab İlham Əliyevin müdrik siyasətçinin təməlini qoyduğu yolu
uğurla davam etdirdiyini bildiriblər. Bakı Dövlət Universitetinin Qazax filialının
tələbələri Sübhan Məbudzadə, Rahib Alıyev və Nəsimi Əliyev çıxışlarında ölkəmizdə
gənclərlə iş sahəsində mühüm tədbirlərin gerçəkləşməsinin Ulu Öndər Heydər
Əliyevin adı ilə bağlı olduğunu söyləyiblər.
GOYEZEN.AZ
Facebook-da paylaş