Əsas Səhifə > Gənclər > Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 99-cu ildönümü ilə əlaqədar "Heydər Əliyev və Azərbaycan gəncliyi" adlı tədbir keçirilib

Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 99-cu ildönümü ilə əlaqədar "Heydər Əliyev və Azərbaycan gəncliyi" adlı tədbir keçirilib


10-05-2022, 20:45


Gənclərin İnkişaf və Karyera Mərkəzinin Qazax nümayəndəliyi, Qazax Rayon Heydər Əliyev Mərkəzi və "Öyrədərək Öyrənirik" Gənclərin İntellektual İnkişafına Dəstək İctimai Birliyinin birgə təşkilatçılığı ilə  Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 99-cu ildönümü ilə əlaqədar "Heydər Əliyev və Azərbaycan gəncliyi" adlı tədbir keçirilib.

Öncə tədbir iştirakçıları Ulu Öndər Heydər Əliyevin abidəsi önünə gül dəstələri düzərək xatirəsini ehtiramla yad ediblər. 




 

Qazax Rayon Heydər Əliyev Mərkəzində keçirilən görüş Ulu Öndərin xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb. Daha sonra görkəmli dövlət xadiminin həyat və fəaliyyətini əks etdirən sənədli film nümayiş etdirilib. 

Tədbirdə çıxış edən Gənclərin İnkişaf və Karyera Mərkəzinin Qazax nümayəndəliyinin direktoru İsmayıl Süleymanov və Qazax Rayon Heydər Əliyev Mərkəzinin direktoru Ceyhunə Hüseynova dahi liderin Azərbaycan xalqı üçün göstərdiyi əvəzedilməz xidmətlərindən danışıb.  Hazırda Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan cənab İlham Əliyevin müdrik siyasətçinin təməlini qoyduğu yolu uğurla davam etdirdiyini bildiriblər.

Bakı Dövlət Universitetinin Qazax filialının tələbələri Sübhan Məbudzadə, Rahib Alıyev və Nəsimi Əliyev çıxışlarında ölkəmizdə gənclərlə iş sahəsində mühüm tədbirlərin gerçəkləşməsinin Ulu Öndər Heydər Əliyevin adı ilə bağlı olduğunu söyləyiblər.








GOYEZEN.AZ


Geri qayıt