“Heydər Əliyev gənclərin gözü ilə” başlığı altında dəyirmi masa keçirilib
Mayın 6-da Yeni Azərbaycan Partiyası Qazax Rayon Təşkilatında Qazax Rayon Gənclər və İdman İdarəsi tərəfindən Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 99-cu ildönümü ilə əlaqədar "Heydər Əliyev gənclərin gözü ilə” başlığı altında dəyirmi masa keçirilib.
Tədbirdə Ulu Öndər, dahi şəxsiyyət Heydər Əliyevin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Ümummilli Liderin Azərbaycan gəncliyinə göstərdiyi diqqət və qayğıdan, yürütdüyü dövlət gənclər siyasətindən söhbət açılıb.
Tədbiri giriş sözü ilə Qazax Rayon Gənclər və İdman İdarəsinin rəisi Vüqar Nəbiyev açaraq tədbir iştirakçılarını salamlayıb, görüşün məqsəd və əhəmiyyətindən söz açıb. V.Nəbiyev qeyd edib ki, ölkəmizin milli dövlətçilik ənənələrinin qurulmasında və inkişafında misilsiz xidmətləri olan dahi rəhbər Heydər Əliyevin həyatı və siyasi fəaliyyəti ən yeni tariximizdə müstəsna yer tutmuşdur. Yüksək insani keyfiyyətlərinə, mükəmməl dövləti idarəetmə bacarığına, xalqa xidmət mədəniyyətinə görə Heydər Əliyev dünyada nadir tarixi şəxsiyyətlər sırasındadır. Bu gün müstəqil Azərbaycan dövlətinin yaşaması, qüdrətli ölkə kimi təşəkkülü üçün Ümummilli Lider Heydər Əliyevə minnətdarıq. Bunu demək yerinə düşər ki, hər bir vətəndaşımızın qəlbində əbədiyaşarlıq zirvəsini fəth etmiş Heydər Əliyev əmanət olaraq xalqımıza zəngin maddi və mənəvi dəyərlər, alternativsiz dövlətçilik konsepsiyası, siyasi və iqtisadi cəhətdən etibarlı dayaqlar üzərində olan güclü Azərbaycanı qoymuşdur.
Daha sonra Bakı Dövlət Universitetinin Qazax filialının tələbəsi, Qazax Rayon Gənclər və İdman İdarəsinin könüllüsü Nəsimi Əliyev, Qazax Dövlət Sosial-İqtisadi Kollecinin tələbəsi Məleykə Rüstəmova çıxış edərək dünya şöhrətli siyasətçi və dövlət xadimi Heydər Əliyevin ölkəmizə rəhbərlik etdiyi 40 ilə yaxın bir dövr ərzindəki bənzərsiz fəaliyyətinin Azərbaycanın iqtisadi, sosial və mədəni tərəqqisinə, xalqımızın firavanlığı və xoşbəxtliyi, ölkəmizin dünya birliyində özünəməxsus layiqli yer tutması uğrunda mübarizəyə həsr olunduğunu söyləyiblər.
GOYEZEN.AZ
Facebook-da paylaş