• Təqvim

  • Maraq



"Layihə meneceri ol!" layihəsinin ilk təlimi keçirilib


Gənclərin İnkişaf və Karyera Mərkəzinin Qazax nümayəndəliyinin təşkilatçılığı ilə "Layihə meneceri ol!" layihəsinin ilk təlimi keçirilib. 

Təlimçilər Elmar Rzalı və İsmayıl Süleymanov tərəfindən reallaşan təlimdə gənclərə ideyanın layihə formasına salınması zamanı diqqət edilməli olan məqamlar, layihələrin yazılması və idarə edilməsi, büdcənin formalaşdırılması haqqında məlumat verilib. 

Daha sonra iştirakçıların sualları cavablandırılıb. Həmçinin təlimdə Gənclər Fondunun yaratdığı imkanlar və qrant müsabiqəsi barədə danışılıb. 

Təlimin növbəti günündə gənclər komandalara bölünərək layihə təkliflərinin hazırlanması üzrə praktiki məşğələlərdə iştirak edəcəklər.






GOYEZEN.AZ



Facebook-da paylaş