• Təqvim

  • Unutma

  • Maraq



“Gənc tədqiqatçılar” silsilə araşdırma layihəsi davam edir


Gənclərin İnkişaf və Karyera Mərkəzinin Qazax nümayəndəliyinin təşkilatçılığı ilə "Gənc tədqiqatçılar” silsilə araşdırma layihəsi davam edir. 

Layihə çərçivəsində Bakı Dövlət Universitetinin Qazax filialının tələbəsi Sübhan Məbudzadə "Qardaşlaşmış şəhərlər" mövzusunda araşdırma edərək təqdimat hazırlayıb.

Təqdimat bu başlıqları əhatə edib:

 - "Qardaşlaşmış şəhərlər" anlayışı;

 - Ümumdünya Qardaşlaşmış Şəhərlər Federasiyasının yaranma tarixi;

 - Azərbaycanda qardaşlaşmış şəhərlər;

 - Qardaşlaşmış şəhərlərin inteqrasiyası və s.

Qeyd edək ki, 1962-ci ildən etibarən aprel ayının axırıncı bazar günü Ümumdünya Qardaşlaşmış Şəhərlər Günü kimi qeyd olunur. 



GOYEZEN.AZ



Facebook-da paylaş