"Qazax Gənclər evi" sosial xidmət müəssisəsində narkomaniya ilə bağlı film nümayiş etdirilib
Aprelin
21-də "Qazax Gənclər evi" sosial xidmət müəssisəsinin təşkilatçılığı
ilə narkomaniya ilə bağlı film nümayiş etdirilib. Filmdən
öncə Qazax Gənclər Evinin metodisti Eynur Məmmərzəyev çıxış edərək tədbir
iştirakçılarını salamlayıb, tədbirin məqsəd və əhəmiyyəti barədə danışıb.
Daha
sonra müəssisənin fəal könüllülərindən olan Aytac Cəfərova çıxış edərək,
narkomanlığın bu gün dünyanı narahat edən qlobal problemlərdən biri olduğunu
bildirib, gənclərə mütəmadi olaraq cəmiyyətimizi, sağlam gələcəyimizi təhlükə
altına salan narkotik vasitələrin səbəb olduğu fəsadlar və acı təsirləri barədə
məlumat verib. Həmçinin cəmiyyətin mənəvi və əxlaqi dəyərlərinə böyük zərbə
vurduğunu, sosial-iqtisadi inkişafa mənfi təsir göstərdiyini, insanların həyat
və sağlamlığına ciddi təhlükə yaratdığını qeyd edib. Bu gün hər bir Azərbaycan
vətəndaşının cəmiyyətimizi, xüsusilə də gənc nəsli bu bəladan xilas etmək üçün
bu istiqamətdə mühüm addımlar atmalı, hamılıqla mübarizə aparmalı olduğumuzu
vurğulayıb.
GOYEZEN.AZ
Facebook-da paylaş