• Təqvim

  • Maraq



Gənclər Xocalı soyqırımından bəhs edən "25 böyüməyən uşaq" filmini izləyiblər


Gənclərin İnkişaf və Karyera Mərkəzinin "Kino Klubu"nda növbəti film nümayişi həyata keçirilib.

Gənclər 2014-cü ildə Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının (indi Agentlik) dəstəyi ilə "İrəli" İctimai Birliyi tərəfindən çəkilmiş "25 böyüməyən uşaq" filmini izləyiblər.

Xocalıda hər iki valideynini itirən 25 uşaq haqqında çəkilən filmin əsas məqsədi ermənilərin törətdiyi soyqırımı ilə bağlı həqiqətləri dünya ictimaiyyətinə çatdırmaqdır. Filmdə Xocalı faciəsinin canlı şahidi, soyqırımı zamanı bütün ailəsini itirən Mehdi Əliyevin təəssüratları fonunda həmin günün dəhşətləri anladılır.





 

GOYEZEN.AZ



Facebook-da paylaş