Gənclər "Gümüşgöl əfsanəsi" filmini müzakirə ediblər
Gənclərin
İnkişaf və Karyera Mərkəzinin Qazax nümayəndəliyinin "Kino klubu"nda
növbəti film müzakirəsi keçirilib. Gənclər onlayn görüşdə rejissor Eldar
Quliyevin 1984-cü ildə ekranlara çıxan "Gümüşgöl əfsanəsi" filmini
müzakirə ediblər. Filmdə əsas leytmotiv kimi insanın özünü tanıyıb, öz yerini
tanımaq prosesi qabardılmağa çalışılır. Klub üzvləri görüşdə
filmin süjet xətti və obrazlar barədə fikirlərini bildiriblər.
GOYEZEN.AZ
Facebook-da paylaş