• Təqvim

  • Maraq



Gənclər bu dəfə "Şərikli çörək" filmini müzakirə ediblər


Gənclərin İnkişaf və Karyera Mərkəzinin Qazax nümayəndəliyinin "Kino klubu"nda növbəti film müzakirəsi keçirilib.

Gənclər onlayn görüşdə rejissor Şamil Mahmudbəyovun 1969-cu  ildə ekranlaşdırılan "Şərikli çörək" filmini müzakirə ediblər. Filmdə İkinci Dünya müharibəsi illərindən sonrakı dövrdə uşaqların çətin, fərəhsiz həyatından söhbət açılır. Arxa cəbhədə gedən müharibənin kiçik qurbanları olan uşaqlar, bu filmdə ön plana çəkilir.

Klub üzvləri görüşdə filmin süjet xətti və obrazlar barədə fikirlərini bildiriblər.





GOYEZEN.AZ



Facebook-da paylaş