"Qonağımız var" layihəsi davam edir
Gənclərin
İnkişaf və Karyera Mərkəzinin Qazax nümayəndəliyinin təşkilatçılığı ilə
keçirilən "Qonağımız var" layihəsi davam edir. Layihə çərçivəsində növbəti onlayn görüşün qonağı
Azərbaycan Yazıçılar Birliyinin sədr müavini, "525-ci qəzet"in baş
redaktoru Rəşad Məcid olub. Qonaq
görüşdə həyat və yaradıcılığı barədə iştirakçılara ətraflı məlumat verib, eləcə
də gənclərlə müasir Azərbaycan ədəbiyyatı barədə fikir mübadiləsi aparıb. Eyni
zamanda müxtəlif mövzularda qələmə aldığı şeirlərini səsləndirib. R.Məcid bu kimi görüşlərin gənclərin bədii zövqünün
formalaşmasında böyük önəm daşıdığını vurğulayıb. O, həmçinin gənclərə mütaliə
ilə bağlı tövsiyələr verib, onların suallarını cavablandırıb. Gənclərdən
Sübhan Məbudzadə şairin şeirlərini səsləndirib.
GOYEZEN.AZ
Facebook-da paylaş