• Təqvim

  • Maraq



“Din və müasir gənclik” mövzusunda vebinar keçirilib


Qazax Rayon Gənclər və İdman İdarəsinin 2022-ci ilin birinci yarımilliyi üçün təsdiqlənmiş tədbirlər planına uyğun olaraq, "Din və müasir gənclik” mövzusunda vebinar keçirilib.

 

Vebinarı giriş sözü ilə Qazax Rayon Gənclər və İdman İdarəsinin rəisi Vüqar Nəbiyev açaraq tədbir iştirakçılarını salamlayıb, müasir gəncliyimizin milli-mənəvi dəyərlər ruhunda tərbiyə olunmasının vacibliyini vurğulayıb. Vüqar Nəbiyev qeyd edib ki, gənclərin düzgün dini maarifləndirilməsinə cəmiyyətimiz biganə qalmamalı, onları düzgün şəkildə istiqamətləndirməlidirlər.


Daha sonra Qazax Cümə məscidinin imamı Zaur Budaqov mövzu ətrafında geniş çıxış edib.

Bakı Dövlət Universitetinin Qazax filialının tələbəsi Raziyə Sanılı "Din və müasir gənclik” mövzusunda öz fikirlərini bildirib.

Sonda gəncləri maraqlandıran suallar imam tərəfindən ətraflı şəkildə cavablandırılıb.



 

GOYEZEN.AZ



Facebook-da paylaş