Qazaxda gənclər 20 Yanvar - Ümumxalq Hüzn Günü ilə əlaqədar Şəhidlər xiyabanını ziyarət ediblər
32 il əvvəl - 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə sovet ordusunun xüsusi təyinatlı cəza dəstələri tərəfindən Bakıda dinc əhaliyə qarşı vəhşiliklər törədilib, günahsız insanlar qətlə yetirilib. 20 Yanvar Azərbaycan tarixinin ən dəhşətli faciələrindən biri olmaqla yanaşı, həm də şərəfli səhifəsidir.
Bu gün Azərbaycan tarixinin faciəli, eyni zamanda, şərəfli səhifəsi olan 20 Yanvar faciəsinin 32-ci ildönümü münasibətilə şəhərin mərkəzində yerləşən Şəhidlər xiyabanı ziyarət edilib.
Qazax Rayon Gənclər və İdman İdarəsi, Gənclərin İnkişaf və Karyera Mərkəzinin Qazax nümayəndəliyinin əməkdaşları, Bakı Dövlət Universitetinin Qazax filialının Tələbə Gənclər Təşkilatının üzvləri və fəal gənclər 20 Yanvar - Ümumxalq Hüzn Günü ilə əlaqədar Şəhidlər xiyabanında ucaldılmış memorial abidə kompleksini ziyarət ediblər. Gənclər abidənin önünə tər qərənfillər düzüb, şəhidlərimizə olan ehtiramlarını bildiriblər.
GOYEZEN.AZ
Facebook-da paylaş