Qazaxlı gənclər 20 Yanvar faciəsinin 31-ci ildönümü ilə əlaqədar Şəhidlər xiyabanını ziyarət ediblər
20 Yanvar Azərbaycan xalqının hüzn günü ilə yanaşı, həm də şərəf günüdür. Qanlı Yanvar faciəsinin qurbanları dövlət müstəqilliyimizin qazanılması, haqq səsimizin dünyaya çatdırılması yolunda şəhid olublar. 20 Yanvar şəhidləri tariximizə qəhrəmanlıq səhifələri yazıblar. Onların adı xalqımızın yaddaşına əbədi həkk olunub.
"Qazax Gənclər evi” sosial xidmət müəssisəsinin əməkdaşları və bir qrup könüllü 20 Yanvar faciəsinin 31-ci ildönümü ilə əlaqədar Qazax şəhərinin mərkəzində yerləşən Şəhidlər xiyabanını ziyarət edib, igd Vətən oğullarının xatirəsinə ucaldılmış memorial önünüə tər qərənfillər düzərək şəhidlərimizə olan ehtiramlarını bildiriblər.
Bütün şəhidlərimizin xatirəsinin hər birimiz üçün əziz olduğunu qeyd edərək hər zaman onlarla fəxr etdiklərini, qürur hissi keçirdiklərini dilə gətiriblər. Gənclər olaraq üzərilərinə böyük bir məsuiyyət düşdüyünü, şəhidlərimizi, onların döyüş yolunu, Vətən və xalq üçün etdiklərini özlərindən sonra gələn gələcək nəsillərə çatdırmağın hər bir gəncin qarşısında duran ən əsas vəzifə olduğunu vurğulayıblar.
GOYEZEN.AZ
Facebook-da paylaş