Qazaxda Prezident İlham Əliyevin 60 illik yubileyinə həsr olunmuş “Qalib Ali Baş Komandan" başlığı altında görüş keçirilib
Dekabrin 24-də Qazax Rayon Gənclər və İdman İdarəsi,
Gənclərin İnkişaf və Karyera Mərkəzinin Qazax nümayəndəliyi və "Qazax
Gənclər Evi" sosial xidmət müəssisəsinin birgə təşkilatçılığı ilə ölkə
Prezidenti İlham Əliyevin 60 illik yubileyinə həsr olunmuş "Qalib Ali Baş Komandan"
başlığı altında görüş keçirilib. Azərbaycan Respublikası Nazirlər Kabineti
yanında yaradılmış Operativ Qərargahın tələblərinə uyğun olaraq, keçirilən
tədbirdə əvvəlcə Vətənimizin
azadlığı və ərazi bütövlüyü uğrunda canından keçmiş şəhidlərimizin əziz xatirəsi
bir dəqiqəlik sükutla yad edilib. Sonra tədbir iştirakçıları Prezident İlham Əliyevin həyat
və fəaliyyətindən bəhs edən filmi izləyiblər.
Qazax Rayon Gənclər və İdman İdarəsinin rəisi Vüqar
Nəbiyev tədbiri giriş sözü ilə açaraq
iştirakçıları salamlayıb, çoxsaylı Qazax gəncləri və ziyalılar adından Azərbaycan
Respublikasının Prezidenti İlham Əliyevi yubileyi münasibətilə təbrik edib, səmimi
ürək sözlərini çatdırıb. V.Nəbiyev
ölkə başçısının həyat və fəaliyyətindən, dövlətimiz, xalqımız qarşısında tarixi
xidmətlərindən, xüsusilə də erməni işğalına və təcavüzünə qarşı Silahlı
Qüvvələrimizin zəfər yürüşünə uğurla rəhbərlik etməsindən danışıb. V.Nəbiyev bildirib ki,
Prezident İlham Əliyevin qətiyyətli və məqsədyönlü fəaliyyəti nəticəsində Azərbaycanın
Müzəffər Ordusu 30 illik işğala son qoydu. Beləliklə, düşmənin illərlə
yaratdığı "məğlubedilməz ordu” mifi 44 gün ərzində bütün dünyanın gözü
qarşısında fiaskoya uğradı, Ermənistan ordusu darmadağın edildi və "Dəmir
yumruq” əməliyyatı Azərbaycanın şanlı Qələbəsi ilə başa çatdı. Geniş
dünyagörüşünə, dərin və hərtərəfli biliyə, yüksək mədəniyyətə malik olan Ali
Baş Komandan İlham Əliyev müharibə dövründə onlarla müsahibələr vermiş, bəzi
ermənipərəst jurnalistlərin təxribat dolu suallarını tarixi faktlar və dəlillərlə
cavablandırdı. Natiq bu gün
ölkə Prezidentinin yubileyini qalib ölkənin Sərkərdəsi olaraq qeyd etdiyini
vurğulayıb. Əldə etdiyimiz qalibiyyətin arxasında ölkə başçısının illərlə
çəkdiyi əziyyətinin, gərgin əməyinin, yürütdüyü daxili və xarici siyasətinin
dayandığını bildirib. 44 günlük Vətən müharibəsində qazandığımız tarixi
Qələbənin ölkə başçısının yubileyinə ən gözəl və yaddaqalan töhfə olduğunu qeyd
edib. İllər ötsə belə tarixi Qələbənin müəllifi olan ölkə Prezidenti, Silahlı
Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyevin, Vətən uğrunda canından
keçən şəhidlərimizin, sağlamlığını itirən qazilərimizin heç zaman unudulmayacağını
söyləyib. Gənclərin İnkişaf və Karyera Mərkəzinin Qazax
nümayəndəliyinin direktoru İsmayıl Süleymanov, "Qazax Gənclər Evi"
sosial xidmət müəssisəsinin direktoru Vüsal Hüseynov, Qazax Dövlət Sosial-İqtisadi
Kollecin Monitorinq və Qiymətləndirmə Şöbəsinin müdiri Elvira Əfəndiyeva, Bakı
Dövlət Universitetinin Qazax filialının Tələbə Gənclər Təşkilatının sədri Pəri
İbrahimova çıxış edərək ölkə Prezidentinə səmimi təbriklərini və ürək sözlərini
çatdırıblar. Çıxış edənlər əsası Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulmuş
gənclər siyasətinin Prezident İlham Əliyevin rəhbərliyi dövründə daha da
inkişaf etdiyini və şaxələndiyini bildiriblər.
GOYEZEN.AZ
Facebook-da paylaş