''Hüququm və qaydalarım'' layihəsi çərçivəsində növbəti təlim keçirilib
Gənclərin İnkişaf və Karyera Mərkəzinin Qazax nümayəndəliyinin ''Hüququm və qaydalarım'' layihəsi davam edir.
Layihə çərçivəsində növbəti təlim Ombudsmanın Gəncə Regional Mərkəzi ilə birgə "İnsan hüquqlarının müdafiəsi Azərbaycan Respublikasının ali məqsədidir" başlığı altında keçirilib.
Ombudsmanın Gəncə Regional Mərkəzinin rəhbəri Səbuhi Abbasovun təqdimatında reallaşan təlimdə ilk olaraq 10 Dekabr - Beynəlxalq İnsan Hüquqları Gününün tarixi barədə məlumat verilib. Qeyd olunub ki, bu əlamətdar gün 1948-ci ildə BMT Baş Assambleyasında Ümumdünya İnsan Hüquqları Bəyannaməsinin qəbul edilməsi münasibətilə təsis edilib.
S.Abbasov bildirib ki, Azərbaycan demokratik, hüquqi, dünyəvi dövlət quruculuğu yolunu seçərək adıçəkilən bəyannaməni qəbul edib və digər beynəlxalq konvensiyalara qoşulub. 1995-ci ildə qəbul olunmuş konstitusiyamızda insan hüquq və azadlıqlarına geniş yer verilib.
Sonda gəncləri maraqlandıran suallar cavablandırılıb.
GOYEZEN.AZ
Facebook-da paylaş