Narkomaniya və narkobizneslə mübarizə məqsədilə növbəti maarifləndirici tədbir Qazax şəhər Namiq Vəliyev adına 5 nömrəli tam orta məktəbdə təşkil olunub
Noyabrın 23-də Qazax Rayon Gənclər və İdman İdarəsi
tərəfindən Azərbaycan Respublikası Nazirlər Kabineti yanında yaradılmış
Operativ Qərargahın tələblərinə uyğun olaraq Qazax şəhər Namiq Vəliyev adına 5
nömrəli tam orta məktəbdə narkomaniya və narkobizneslə mübarizə məqsədilə
şagirdlərlə görüş keçirilib. Məktəblilərə narkomaniya əleyhinə flayerlər
paylanılıb. Qazax Rayon Gənclər və
İdman İdarəsinin rəis müavini Sahib Namazov giriş sözü ilə çıxış edərək tədbir iştirakçılarını
salamlayıb, bəşəriyyət üçün ən böyük bəlalardan olan narkomaniyanın törətdiyi
fəsadlara qarşı mübarizənin bu gün aktual xarakter daşıdığını qeyd edib. Narkomaniya
əleyhinə aparılan tədbirlərin hər zaman ölkə rəhbərliyinin diqqət mərkəzində olduğunu,
onların gücləndirilməsi istiqamətində bir sıra işlər görüldüyünü bildirib. Respublika
Prezidenti İlham Əliyevin 2019-cu il 22 iyul tarixli, 1334 nömrəli Sərəncamı
ilə "Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının
qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizəyə dair 2019-2024-cü illər
üçün Dövlət Proqramı”nın təsdiq olunduğunu diqqətə çatdırıb. Son illər rayonda
da narkotik vasitələrə qarşı mübarizənin xeyli gücləndirildiyini, dövlət
orqanlarının bu sahədə fəallığının artırıldığını və bu bəlaya qarşı
rayonumuzda xeyli sayda tədbirlər həyata keçirildiyini vurğulayıb. Bugünkü
görüşün də həmin tədbirlərin davamı olduğunu söyləyib. Sonra tədbirdə Məktəbin
direktoru Nəsibə Tağıyeva, cinayət axtarış bölməsinin baş əməliyyat müvəkkili, polis
mayoru Seymur Batıyev mövzu ətrafında geniş çıxış ediblər. Məktəb direktoru
maarifləndirici tədbirin təşkilinə görə minnətdarlığını bildirib.
GOYEZEN.AZ
Facebook-da paylaş