Əsas Səhifə > Gənclər > Narkomaniya və narkobizneslə mübarizə məqsədilə növbəti maarifləndirici tədbir Qazax şəhər Namiq Vəliyev adına 5 nömrəli tam orta məktəbdə təşkil olunub

Narkomaniya və narkobizneslə mübarizə məqsədilə növbəti maarifləndirici tədbir Qazax şəhər Namiq Vəliyev adına 5 nömrəli tam orta məktəbdə təşkil olunub


23-11-2021, 19:56


Noyabrın 23-də Qazax Rayon Gənclər və İdman İdarəsi tərəfindən Azərbaycan Respublikası Nazirlər Kabineti yanında yaradılmış Operativ Qərargahın tələblərinə uyğun olaraq Qazax şəhər Namiq Vəliyev adına 5 nömrəli tam orta məktəbdə narkomaniya və narkobizneslə mübarizə məqsədilə şagirdlərlə görüş  keçirilib. Məktəblilərə narkomaniya əleyhinə flayerlər paylanılıb.

Qazax Rayon Gənclər və İdman İdarəsinin rəis müavini Sahib Namazov giriş sözü ilə çıxış edərək tədbir iştirakçılarını salamlayıb, bəşəriyyət üçün ən böyük bəlalardan olan narkomaniyanın törətdiyi fəsadlara qarşı mübarizənin bu gün aktual xarakter daşıdığını qeyd edib. Narkomaniya əleyhinə aparılan tədbirlərin hər zaman ölkə rəhbərliyinin diqqət mərkəzində olduğunu, onların gücləndirilməsi istiqamətində bir sıra işlər görüldüyünü bildirib. Respublika Prezidenti İlham Əliyevin 2019-cu il 22 iyul tarixli, 1334 nömrəli Sərəncamı ilə "Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizəyə dair 2019-2024-cü illər üçün Dövlət Proqramı”nın təsdiq olunduğunu diqqətə çatdırıb. Son illər rayonda da narkotik vasitələrə qarşı mübarizənin xeyli gücləndirildiyini, dövlət orqanlarının bu sahədə fəallığının artırıldığını və bu  bəlaya qarşı rayonumuzda xeyli sayda tədbirlər həyata keçirildiyini vurğulayıb. Bugünkü görüşün də həmin tədbirlərin davamı olduğunu söyləyib.

Sonra tədbirdə Məktəbin direktoru Nəsibə Tağıyeva, cinayət axtarış bölməsinin baş əməliyyat müvəkkili, polis mayoru Seymur Batıyev mövzu ətrafında geniş çıxış ediblər. Məktəb direktoru maarifləndirici tədbirin təşkilinə görə minnətdarlığını bildirib.




 

GOYEZEN.AZ


Geri qayıt