• Təqvim

  • Unutma

  • Maraq



Gənclər bu dəfə Qazax Tarix-Diyarşünaslıq Muzeyinə ekskursiya ediblər


Gənclərin İnkişaf və Karyera Mərkəzinin Qazax nümayəndəliyinin "ZəfərimİZ" layihəsi çərçivəsində gənclərin Qazax Tarix-Diyarşünaslıq Muzeyinə ekskursiyası təşkil olunub.

8 Noyabr – Zəfər Günü ərəfəsində təşkil olunan ekskursiya zamanı gənclər muzeylə, eləcə də Qazax Rayon İcra Hakimiyyətinin təşəbbüsü ilə 44 günlük Vətən müharibəsi və Birinci Qarabağ müharibəsi şəhidlərinin xatirəsinə yaradılmış guşə ilə yaxından tanış olublar. Qazaxın 338 qəhrəman övladının xatirəsinə yaradılan bu guşənin şəhidlərimizə olan ehtiramı özündə əks etdirdiyi diqqətə çatdırılıb. 

Muzey əməkdaşları Qazaxın tarixi, dünəni və bu günü barədə gənclərə ətraflı məlumat veriblər.










 

GOYEZEN.AZ



Facebook-da paylaş