Qazaxda 21 sentyabr – Beynəlxalq Sülh Gününə həsr olunmuş “Sülh göyərçinləri” başlığı altında bədii-qiraət müsabiqəsi keçirilib
BMT-nin Baş Assambleyasının 1981-ci il 30 noyabr
tarixli qərarı ilə hər il sentyabrın 21-i Beynəlxalq Sülh Günü kimi qeyd
edilir. Bu qərarın qəbuluna BMT-nin üzvü olan 192 ölkə səs verib. Beynəlxalq
Sülh Günü müharibə, təbii fəlakətlərin nəticələri, aclıqdan və ayrı-ayrı
dövlətlərin iddialarından meydana gələn regional qarşıdurmalardan əziyyət çəkən
milyardlarla insanın ağrılarını duymaq üçün fürsətə çevrilib. Ənənəvi olaraq
Beynəlxalq Sülh Günü BMT-nin Nyu-Yorkdakı baş qərargahında yerləşən "Sülh
zəngi”nin çalınması ilə başlayır.
Sentyabrın 21-də
Qazax Rayon Gənclər və İdman İdarəsinin 2021-ci ilin ikinci yarımilliyi üçün təsdiqlənmiş
tədbirlər planına uyğun olaraq, 21 sentyabr – Beynəlxalq Sülh Gününə həsr
olunmuş "Sülh göyərçinləri” başlığı altında bədii-qiraət müsabiqəsi keçirilib. Qazax Rayon
Gənclər və İdman İdarəsinin və Qazax Rayon Uşaq-Gənclər İnkşaf Mərkəzinin birgə
təşkilatçılığı ilə keçirilən müsabiqədə ümumilikdə 20 nəfər iştirak edib. Azərbaycan
Respublikası Nazirlər Kabineti yanında yaradılmış Operativ Qərərgahın tələblərinə
uyğun olaraq, Qazax Gənclər Evində təşkil olunmuş müsabiqədə sülhü özündə tərənnüm
etdirən çıxışlar olub. Müsabiqənin
nəticələrinə görə Fidan Qurbanova, Fidan Əmrahlı, Nərmin Pirməmmədova (üçlü
qrup), Nərmin Tatlıyeva, Nazlı Carçıyeva, Fatimə Tağızadə,
Təhminə İsmayılova, Müjdə Tağızadə I yerə layiq görülüblər. Qəmər Tapdıqova, Aysun
Musayeva, Gültac Qaraxanlı II yeri, Abutel Qaragözova, Elcan Alməmmədli, İslam Məmmədli
isə III yeri tutublar. Qaliblər
Qazax Rayon Gənclər və İdman İdarəsinin müvafiq Diplom və qiymətli hədiyyələri
ilə təltif olunublar. Müsabiqədə
fəal iştirak etdiyinə görə 9 nəfər iştirakçıya isə həvəsləndirici Diplomlar təqdim
edilib. Qazax Rayon
Uşaq-Gənclər İnkşaf Mərkəzinin direktoru Gövhər Rəhimova tədbiri yüksək səviyyədə
təşkil etdiyinə görə Qazax Rayon Gənclər və İdman İdarəsi tərəfindən Diplomla təltif
olunub.
GOYEZEN.AZ
Facebook-da paylaş