Əsas Səhifə > Gənclər > Qazaxda 21 sentyabr – Beynəlxalq Sülh Gününə həsr olunmuş “Sülh göyərçinləri” başlığı altında bədii-qiraət müsabiqəsi keçirilib

Qazaxda 21 sentyabr – Beynəlxalq Sülh Gününə həsr olunmuş “Sülh göyərçinləri” başlığı altında bədii-qiraət müsabiqəsi keçirilib


21-09-2021, 16:04


BMT-nin Baş Assambleyasının 1981-ci il 30 noyabr tarixli qərarı ilə hər il sentyabrın 21-i Beynəlxalq Sülh Günü kimi qeyd edilir. Bu qərarın qəbuluna BMT-nin üzvü olan 192 ölkə səs verib. Beynəlxalq Sülh Günü müharibə, təbii fəlakətlərin nəticələri, aclıqdan və ayrı-ayrı dövlətlərin iddialarından meydana gələn regional qarşıdurmalardan əziyyət çəkən milyardlarla insanın ağrılarını duymaq üçün fürsətə çevrilib. Ənənəvi olaraq Beynəlxalq Sülh Günü BMT-nin Nyu-Yorkdakı baş qərargahında yerləşən "Sülh zəngi”nin çalınması ilə başlayır.

 

Sentyabrın 21-də Qazax Rayon Gənclər və İdman İdarəsinin 2021-ci ilin ikinci yarımilliyi üçün təsdiqlənmiş tədbirlər planına uyğun olaraq, 21 sentyabr – Beynəlxalq Sülh Gününə həsr olunmuş "Sülh göyərçinləri” başlığı altında bədii-qiraət müsabiqəsi keçirilib.

Qazax Rayon Gənclər və İdman İdarəsinin və Qazax Rayon Uşaq-Gənclər İnkşaf Mərkəzinin birgə təşkilatçılığı ilə keçirilən müsabiqədə ümumilikdə 20 nəfər iştirak edib.

Azərbaycan Respublikası Nazirlər Kabineti yanında yaradılmış Operativ Qərərgahın tələblərinə uyğun olaraq, Qazax Gənclər Evində təşkil olunmuş müsabiqədə sülhü özündə tərənnüm etdirən çıxışlar olub.

Müsabiqənin nəticələrinə görə Fidan Qurbanova, Fidan Əmrahlı, Nərmin Pirməmmədova (üçlü qrup), Nərmin Tatlıyeva, Nazlı Carçıyeva, Fatimə Tağızadə, Təhminə İsmayılova, Müjdə Tağızadə I yerə layiq görülüblər. Qəmər Tapdıqova, Aysun Musayeva, Gültac Qaraxanlı II yeri, Abutel Qaragözova, Elcan Alməmmədli, İslam Məmmədli isə III yeri tutublar.

Qaliblər Qazax Rayon Gənclər və İdman İdarəsinin müvafiq Diplom və qiymətli hədiyyələri ilə təltif olunublar.

Müsabiqədə fəal iştirak etdiyinə görə 9 nəfər iştirakçıya isə həvəsləndirici Diplomlar təqdim edilib.

Qazax Rayon Uşaq-Gənclər İnkşaf Mərkəzinin direktoru Gövhər Rəhimova tədbiri yüksək səviyyədə təşkil etdiyinə görə Qazax Rayon Gənclər və İdman İdarəsi tərəfindən Diplomla təltif olunub.









 

GOYEZEN.AZ


Geri qayıt