• Təqvim

  • Unutma

  • Maraq



Qazaxda 18 sentyabr – Milli Musiqi Gününə həsr olunmuş mahnı-musiqi müsabiqəsi keçirilib


18 sentyabr - Azərbaycanın dahi bəstəkarı Üzeyir Hacıbəylinin dünyaya göz açdığı gün ölkəmizdə Milli Musiqi Günü kimi qeyd olunur. Ümummilli Lider Heydər Əliyevin müvafiq Fərmanına əsasən, bu gün münasibətilə hər il Azərbaycanın müxtəlif bölgələrində silsilə tədbirlər keçirilir.

Sentyabrın 18-də Qazax Rayon Gənclər və İdman İdarəsi tərəfindən 18 Sentyabr – Milli Musiqi Gününə həsr olunmuş mahnı-musiqi müsabiqəsi keçirilib.

Azərbaycan Respublikası Nazirlər Kabineti yanında yaradılmış Operativ Qərərgahın tələblərinə uyğun olaraq, Qazax Gənclər Evində təşkil olunmuş müsabiqədə ümumilikdə 20 nəfər iştirak edib.

Müsabiqədə Vəliyev Sarif Anar oğlu, Rəhimova Türkan Mais qızı I yerə, Salmanov Nuran Raquf oğlu, Qəribov Murad İsgəndər oğlu II yerə, Namazov Nurxan Sarif oğlu, İbrahimov Kamal Rauf oğlu III yerə layiq görülüblər.

Qaliblər Qazax Rayon Gənclər və İdman İdarəsinin müvafiq Diplomları və qiymətli hədiyyələri ilə təltif olunublar

Müsabiqədə fəal iştirak etdiyinə görə 6 nəfər ifaçıya həvəsləndirici Diplomlar təqdim olunub.














 

GOYEZEN.AZ



Facebook-da paylaş