• Təqvim

  • Maraq



“Gənclər pandemiya dövründə öz psixoloji sağlamlığını necə qoruya bilər” başlığı altında onlayn təlim keçirilib


İyulun 6-da Qazax Rayon Gənclər və İdman İdarəsinin və Qazax Dövlət Sosial-İqtisadi Kollecinin birgə təşkilatçılığı ilə COVID-19 pandemiyasının vurduğu psixoloji zərərlərin aradan qaldırılması məqsədilə "Gənclər pandemiya dövründə öz psixoloji sağlamlığını necə qoruya bilər” başlığı altında onlayn təlim keçirilib.

Təlimi giriş sözü ilə Qazax Rayon Gənclər və İdman İdarəsinin rəisi Vüqar Nəbiyev açaraq iştirakçıları salamlayb, təlimin işinə uğurlar arzulayıb. V.Nəbiyev qeyd edib ki, Pandemiya başlayan ilk zamanlardan ölkə Prezidenti İlham Əliyev dövlətimiz üçün ən vacib məsələnin vətəndaşların sağlamlığının qorunması olduğunu söylədi. Azərbaycan dövləti öz daxili imkanları hesabına bütün təxirəsalınmaz tədbirləri həyata keçirdi və pandemiyanın zərərlərini minimuma endirə bildi. Nazirlər Kabinetinin 2021-ci il 16 yanvar tarixli Sərəncamı ilə "Azərbaycan Respublikasında COVID-19 xəstəliyi əleyhinə 2021-2022-ci illər üçün Vaksinasiya Strategiyası” qəbul olundu. Prezident İlham Əliyevin böyük uzaqgörənliklə ölkəmizi daxil etdiyi vaksinasiya platformaları öz bəhrəsini verdi. Bunun nəticəsidir ki, bu gün ölkəmizdə artıq əhalinin 4 növ vaksin seçimi var. Onların hər biri effektiv və təhlükəsizdir.

 

Qeyd edib ki, rayon rəhbərliyinin məhz bu məsələyə xüsusi həssaslıqla yanaşmasının nəticəsidir ki, pandemiya dövründə rayonumuz vaksinləşmə prosesinin yüksək səviyyədə həyata keçirilməsinə görə bu gün ön sıralarda dayanır. "Sağlam və firavan gələcək öz əlimizdədir!”, - deyən V.Nəbiyev hər bir gəncə vaksinasiya prosesində aktiv iştirak etməyi tövsiyə edib.

Daha sonra təlimçi Qazax Dövlət Sosial-İqtisadi Kollecinin psixoloqu Şahlıq Mustafayeva çıxış edərək gəncləri fikrlərini  yayındıran məşğuliyyətlər tapmağa, dostları ilə yeni əlaqələr qurmağa, duyğularını hiss etməyə, asudə vaxtlarının səmərəli təşkilinə çalışmağa, könüllülük fəaliyyətlərinə üz tutmağa, hər zaman pozitivə köklənməyə çağırıb.



GOYEZEN.AZ



Facebook-da paylaş