• Təqvim

  • Unutma

  • Maraq



Qazaxda gənclər Ulu Öndər Heydər Əliyevin doğum günündə abidəsini ziyarət ediblər


Ötən əsrin 70-ci illərindən başlayaraq ölkəmizin bütün sahələrdəki inkişafı bilavasitə Ümummilli Lider Heydər Əliyevin adı ilə bağlıdır. Ulu Öndərin uzaqgörən siyasətinin əsəri milli, ümumbəşəri dəyərlərə əsaslanan, qüdrətli orduya sahib, inkişaf etmiş təhsil sisteminə malik, güclü iqtisadi inkişafı şərtləndirən, dünyanın inkişaf etmiş dövlətləri sırasında öz yerini tutan müstəqil Azərbaycandır.

Ümummilli Liderin öz xalqı qarşısında ən böyük xidmətlərindən biri də Azərbaycanı dünyada tanıdan, Qarabağı azadlığına qovuşduraraq, ata vəsiyyətini dönmədən yerinə yetirən Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyev kimi oğul yetişdirməsidir. Əsası Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulmuş məqsədyönlü inkişaf strategiyası hazırda ölkə Prezidenti İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Bunun nəticəsidir ki, bu gün Azərbaycan dünyanın ən inkişaf etmiş ölkələri sırasında dayanır.

Qeyri-adi şəxsiyyəti, siyasət və dövlət xadiminə xas olan böyük istedadı ilə fərqlənən Ümummilli Lider Heydər Əliyev hələ sağlığında canlı əfsanəyə çevrilmişdi. Azərbaycanın özü qədər əbədi olan dahi şəxsiyyət hər bir ölkə vətəndaşının qəlbində böyük məhəbbətlə anılır, sevilir, yaşanır və əbədi yaşayacaqdır.

Mayın 10-da respublikamızın hər yerində olduğu kimi, Qazaxda da Ümummilli Liderin anadan olmasının 98-ci ildönümü böyük ehtiramla yad edilib.

 

Gənclərin İnkişaf və Karyera Mərkəzinin Qazax nümayəndəliyinin əməkdaşları və fəal gənclər də Ümummilli Lider Heydər Əliyevin 98-ci ildönümü ilə əlaqədar Ulu Öndərin abidəsini ziyarət edib, önünə gül dəstələri düzüblər. Dahi şəxsiyyətə olan hörmət və ehtiramlarını bildiriblər. İllər ötsə belə xalqımızın öz böyük oğlunun xatirəsini daim uca tutacağını qeydediblər.




 

GOYEZEN.AZ



Facebook-da paylaş