Qazax Gənclər Evi "Könüllülər ili"ndə təşkil edilmiş tədbirlərdə fəal iştirak edən bir qrup könüllünü mükafatlandırıb
"Qazax Gənclər evi" sosial xidmət müəssisəsi tərəfindən COVID-19 pandemiyası ilə bağlı Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında yaradılmış Operativ Qərargahın tələblərinə uyğun olaraq 2020-ci il "Könüllülər ili"ndə təşkil edilmiş bütün tədbirlərdə fəal iştirak etdiklərinə görə bir qrup könüllüyə Təşəkkürnamə və hədiyyələr verilib.
"Qazax Gənclər evi" sosial xidmət müəssisəsinin direktoru Vüsal Hüseynov il ərzində keçirilən tədbirlərdə fəal iştirak edən könüllülərə göstərdikləri dəstəyə görə minnətdarlığını bildirib. Pandemiya ilə bağlı keçirilən tədbirlərdəki fəal iştiraklarına görə təşəkkür edib. Qazax Gənclər Evi ailəsi adından bütün könüllülərimizi təbrik edərək onlara gələcək fəaliyyətlərində uğurlar arzulayıb.
Mükafata layiq görülən könüllülər onlara göstərilən qayğıya və əməklərinə verilən qiymətə görə təşəkkürlərini çatdırıblar.
GOYEZEN.AZ
Facebook-da paylaş