Qazaxda "Gənc Könüllülər”in "Bir-birimizi qoruyaq” çağırışı davam edir
Ölkə Prezidenti İlham Əliyevin və Birinci
vitse-prezident Mehriban xanım Əliyevanın çağırışları əsasında Azərbaycan
Könüllülərinin Əlaqələndirmə Mərkəzinin (AKƏM) vətəndaşlar arasında başlatdığı "Bir-birimizi
qoruyaq” adlı sosial kampaniya çərçivəsində aparılan
maarifləndirmə tədbirləri uğurla həyata keçirilir. Xüsusi karantin rejimi müddətində vətəndaşların kütləvi
toplaşdığı yerlərdə sosial məsafənin qorunması və digər davranış qaydaları
barədə sakinlər arasında ictimai maarifləndirmə işi aparmaq, cəmiyyətin
sağlamlığını qorumaq məqsədini daşıyan bu aksiya sakinlər tərəfindən də
rəğbətlə qarşılanır. "Bir-birimizi qoruyaq” kampaniyasına həvəslə qoşulan Qazax
Gənclərin İnkişaf və Karyera Mərkəzinin "Gənc Könüllülər”i maarifləndirmə
işlərini ilk gündən müvəffəqiyyətlə yerinə yetirirlər. Kampaniya çərçivəsində gənclər bu dəfə əhalinin
kütləvilik təşkil etdiyi bank
filiallarının qarşısında vətəndaşlar arasında maarifləndirmə işləri
aparıb, əllərini dezinfeksiya etdikdən sonra onlara maskalar paylayıblar. "Gənc Könüllülər” Prezident İlham Əliyevin, eləcə də Birinci vitse-prezident Mehriban
xanım Əliyevanın tibbi maskadan istifadə etmələrini sakinlərə nümunə
göstəriblər. Gənclər sakinləri öz
şəxsi məsuliyyətlərini hiss etməyə, Operativ Qərargahın xüsusi
karantin rejimi qaydaları ilə bağlı tələb
və tövsiyələrinə əməl etməyə çağırıblar.
GOYEZEN.AZ
Facebook-da paylaş