Qazax Gənclərin İnkişaf və Karyera Mərkəzinin könüllüləri maraqlı aksiya keçirib
Fəaliyyətə başladığı ilk gündən yeniliklərə imza
atan Qazax Gənclərin
İnkişaf və Karyera Mərkəzi bu dəfə cəmiyyətimizdə ülvilik, zəriflik və
gözəllik rəmzi olan qadınlarımızı, analarımızı
8 Mart – Beynəlxalq Qadınlar Günü münasibətilə sevindiriblər. Belə ki, Mərkəzin könüllüləri maraqlı
aksiya keçiriblər. Gənclər 8 Mart - Beynəlxalq Qadınlar Günündə şəhər ərazisində
xanımları təbrik ediblər. Əziz
xanımlara xoş təbəssüm, sevinc, xoşbəxtlik arzulayan gənclər Azərbaycan qadınının hər zaman öz
zəhmətkeşliyi ilə seçildiyini, cəmiyyətimizdə böyük qüvvə
hesab edildiklərini diqqətə çatdırıblar.
GOYEZEN.AZ
Facebook-da paylaş