Qazax Gənclərin İnkişaf və Karyera Mərkəzi sərhəd kəndlərində birinci sinfə qədəm qoyacaq şagirdləri sevindirib
Fəaliyyətə başladığı ilk gündən yeniliklərə imza atan Qazax Gənclərin İnkişaf və Karyera Mərkəzi (GİKM) bu dəfə Qazaxın sərhəd kəndlərində birinci sinfə qədəm qoyacaq məktəbliləri sevindirib.
Bu gün Qazax GİKM-nin təşkilatçılığı ilə "İlk addım" xeyriyyə aksiyası çərçivəsində Qazaxın sərhəddə yerləşən Quşçu Ayrım, Məzəm, Cəfərli və Bala Cəfərli kəndlərində birinci sinfə qədəm qoyacaq şagirdlərə məktəbli çantaları və müvafiq dərs ləvazimatları paylanılıb.
Qazax Rayon İcra Hakimiyyəti aparatında baş məsləhətçi Sərdar Orucovun, Rayon Təhsil şöbəsinin məsul işçisi Rasim Carçıyevin, Qazax GİKM-nin əməkdaşlarının və "Gənc könüllülər"in iştirakı ilə keçirilən aksiyadan ümumilikdə 31 nəfər şagird yararlanıb.
Aksiya iştirakçıları ilk olaraq Quşçu Ayrım kəndində 8 nəfər (5 oğlan və 3 qız), sonra Məzəm kəndində 3 nəfər (hər üçü oğlan), daha sonra isə Cəfərli kəndində 17 nəfər (10 oğlan və 7 qız) və Bala Cəfərli kəndində 3 nəfər (1 oğlan və 2 qız) birincini sevindiriblər.
Gənclərin İnkişaf və Karyera Mərkəzinin Qazax nümayəndəliyinin direktoru İsmayıl Süleymanov xeyriyyə aksiyasının həyata keçirilməsində göstərdikləri texniki dəstəyə görə Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşova və aparatın əməkdaşlarına dərin minnətdarlığını bildirib. Xeyriyyə aksiyasında fəal iştirak edən "Gənc könüllülər"ə təşəkkürünü çatdırıb.
GOYEZEN.AZ
Facebook-da paylaş