• Təqvim

  • Unutma

  • Maraq



Qazax Gənclərin İnkişaf və Karyera Mərkəzinin "Eco Club" üzvlərindən növbəti nümunəvi addım


Fəaliyyətə başladığı ilk gündən yeniliklərə imza atan Qazax Gənclərin İnkişaf və Karyera Mərkəzinin (GİKM) "Eco Club"unun üzvləri nümunəvi addımlarını uğurla davam etdirir. "Quşlar evsiz qalmasın" layihəsi çərçivəsində quşların soyuqdan qorunması üçün evciklər hazırlayaraq şəhərin mərkəzində yerləşən Heydər Əliyev Parkında ağacdan asıblar. 

"Gənc könüllülər"in iştirakı ilə reallaşan bu tədbir ictimaiyyət nümayəndələri tərəfindən də maraqla qarşılanıb.

Qeyd edək ki, layihənin məqsədi heyvanlara, quşlara, təbiətə qayğını gənclər və cəmiyyətin digər nümayəndələri arasında yaymaqdır.

#AzGF #GİKM #QazaxGİKM #QazaxGəncləri #TəbiətimİZ




 


 

GOYEZEN.AZ



Facebook-da paylaş