• Təqvim

  • Unutma

  • Maraq



Qazaxda “Qış möcüzəsi” adlı fotomarafonun qalibi mükafatlandırılıb


2019-cu ilin dekabr ayı ərzində Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi və Azərbaycan Fotoqrafları Birliyi tərəfindən respublikamızın bütün rayonlarında gənclər arasında foto sənətinə marağın artırılması, bu sahədə yeni istedadların aşkar edilməsi, ətraf aləmin gənclər tərəfindən estetik dərk edilməsinin təşviq edilməsi məqsədilə "Qış möcüzəsi” adlı fotomarafon keçirilib.

Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin keçirdiyi "Qış möcüzəsi" adlı fotomarafona Qazax rayonundan 31 nəfər gənc qatılıb.

Müsabiqənin Qazax rayonu üzrə qalibi müsabiqəyə Qazax mənzərəsi mövzusunda şəkil təqdim etmiş Qazax Dövlət Sosial-İqtisadi Kollecin I kurs tələbəsi Məmmədova Nərmin Şakir qızı olub.

Bu gün Qazax Dövlət Sosial-İqtisadi Kollecində Qazax Rayon Gənclər və İdman İdarəsi tərəfindən "Qış möcüzəsi” adlı fotomarafon qalibinin mükafatlandırma mərasimi keçirilib.

Qazax Rayon Gənclər və İdman İdarəsinin rəisi Vüqar Nəbiyev və Qazax Dövlət Sosial-İqtisadi Kollecində Qiymətləndirmə və Monitorinq şöbəsinin müdiri Elvira Əfəndiyeva qalibi təbrik edərək gələcəkdə daha böyük uğurlar qazanmasını arzulayıblar. Gənclərə hər zaman aktiv olmağı və bu cür müsabiqələrdə iştirak etməyi tövsiyə ediblər.

Sonda qalib Məmmədova Nərmin Şakir qızına Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin hədiyyə və Diplomu təqdim edilib.


 

GOYEZEN.AZ



Facebook-da paylaş