“Dirçəliş kuboku” gənclər arasında intellektual turnir layihəsi uğurla başa çatıb
Bu
gün Azərbaycan Respublikasının Gənclər Fondunun elan etdiyi 13-cü qrant
müsabiqəsində qaliblərdən biri olan Elmar Rzalının icra etdiyi "Dirçəliş
kuboku” gənclər arasında intellektual turnir layihəsi başa çatıb. Qazax
Gənclər Mərkəzində reallaşan yarışın sonuncu – üçüncü günündə 6 intellektual
klub "Erudit Kvartet"də qüvvələrini sınayıblar. Püşkatmaya əsasən komandalar hər
birində 4 kollektiv olmaqla 2 yarımqrupa bölünüblər. Yarımqruplarda
iştirakçılar "Bəlli” və "Sirli” raundlarının hər birində 5 mövzu daxilində
yarışıblar. Turnirin
yekun nəticələrinə görə ən çox xal toplayan "Replicants” komandası (müstəqil)
"Dirçəliş kuboku”na yiyələnib. Digər müstəqil kollektiv "Panteon” II yerə layiq
görülüb. Qazax rayonu V.Göşşüyev adına Çaylı kənd 1 nömrəli tam orta məktəbin
"Diamond” komandası isə III pillədə qərarlaşıb. Qalib və mükafatçılar diplom və
medallarla təltif olunublar. Qeyd edək
ki, "Dirçəliş kuboku” gənclər arasında intellektual turnir” layihəsində 175
gənc iştirak edib. Onlar ilk yarış günü "Nə? Harada? Nə zaman?”, növbəti dəfə
isə "Breyn Rinq” formatı üzrə mübarizə aparıblar.
GOYEZEN.AZ
Facebook-da paylaş