Bir çox uğurlu startap layihəsinin müəllifi olan Fərid Məhərrəmli qazaxlı gənclərlə görüşüb
Bu
gün Qazax Gənclərin İnkişaf və Karyera Mərkəzində bir çox uğurlu startap
layihəsinin müəllifi Fərid Məhərrəmli ilə görüş keçirilib. Tədbirdə
"Xariceget” beynəlxalq layihələr şirkətinin, "Brandmaker Exclusive”
agentliyinin və "Marketinghub” marketinq xəbərləri qurumunun təsisçisi olan
F.Məhərrəmli öz təcrübəsini gənclərlə bölüşüb. O, daha sonra sosial media, biznes, marketinq, innovasiya və şəxsi brendləşmə kimi
mövzular barədə iştirakçıları məlumatlandırıb. Qeyd
edək ki, hazırda
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində çalışan F.Məhərrəmli 1994-cü
ildə Qazax rayonunda anadan olub. GOYEZEN.AZ
Facebook-da paylaş