• Təqvim

  • Maraq



Qazaxda BDU-nun yaranmasının 100 illiyinə həsr olunmuş "Breyn Rinq" üzrə intellektual turnir keçirilib


Azərbaycan elminin, təhsilinin, mədəniyyətinin və mənəviyyatının inkişafında mühüm rol oynayan Bakı Dövlət Universitetinin (BDU) yaradılmasından 100 il ötür. Bəli, 2019-cu il noyabrın 15-də Azərbaycan Xalq Cümhuriyyətinin yadigarı olan Bakı Dövlət Universitetinin 100 ili tamam olur. Bu əlamətdar hadisə respublikamızın hər yerində olduğu kimi, Qazaxda da böyük təntənə və silsilə tədbirlərlə qeyd olunur.

Bu gün Qazax Gənclərin İnkişaf və Karyera Mərkəzinin təşkilatçılığı ilə Bakı Dövlət Universitetinin yaranmasının 100 illiyi münasibətilə "Breyn Rinq" üzrə intellektual turnir keçirilib. Ali məktəbin Qazax filialında keçirilən turnirdə tələbələr böyük ruh yüksəkliyi və fəallıqla iştirak ediblər.

Yarışın yekun nəticələrinə əsasən, "Bozqurd" komandası I yerə layiq görülüb. "Hermes" komandası II, "Master" komandası isə III pilləni tutub. Qalib komanda Qazax GİKM tərəfindən kubokla, ilk "üçlük"də qərarlaşmış komandaların üzvləri isə müvafiq diplom və medallarla təltif olunublar.

Qeyd edək ki, turnirdə 16 komandanın heyətində 80 tələbə öz biliyini nümayiş etdirib.






GOYEZEN.AZ



Facebook-da paylaş